Dörd rayonda özəl toxumçuluq təsərrüfatlarında monitorinqlər aparılıb
Bakı, 19 fevral, AZƏRTAC
Respublikada aqrar sahənin inkişaf etdirilməsində digər amillərlə yanaşı, kənd təsərrüfatı bitkilərinin toxumçuluq sisteminin düzgün işlək mexanizminin təşkili və məhsul istehsalçılarının vaxtında və keyfiyyətli toxum materialı ilə təmin olunması xüsusi əhəmiyyət kəsb edir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar nazirliyin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin əməkdaşları tərəfindən Cəlilabad, Biləsuvar, Sabirabad və Saatlı rayonlarında özəl toxumçuluq təsərrüfatlarında monitorinqlər keçirilib. Məqsəd özəl toxumçuluq təsərrüfatlarında mövcud vəziyyətin, həmçinin toxumçuluq fəaliyyəti ilə məşğul olmaq üçün müraciət etmiş hüquqi və fiziki şəxslərin maddi-texniki bazasını və təsərrüfat fəaliyyətlərini qiymətləndirməkdir.
Monitorinq zamanı əksər toxumçuluq təsərrüfatlarında növbəli əkin sisteminə riayət edilməsi, toxum anbarlarının, texnika və avadanlıqların vəziyyəti, toxumçuluq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin bu sahə üzrə kifayət qədər bilik və təcrübəyə malik olması, toxumluq sahələrdə aparılan aqrotexniki tədbirlərin texnoloji xəritəsinin və digər tədbirlərin icra vəziyyəti yoxlanılıb.
Müzakirələrdə toxum istehsalçılarının qarşılaşdıqları çətinliklər Dövlət Aqrar İnkişaf mərkəzlərinin mütəxəssislərinin, toxumçuluq təsərrüfatlarının rəhbərlərinin və aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə keçirilən iclaslarda ətraflı müzakirə edilib və onların aradan qaldırlması məqsədilə təklif və tövsiyələr verilib.
Özəl toxumçuluq təsərrüfatlarının fəaliyyətinin monitorinqi digər rayonlarda müntəzəm davam etdiriləcək.
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb