×
A
A
A
Sazlamalar

Çində neft emalı azalmaqda davam edir

Bakı, 19 fevral, AZƏRTAC

Çində xam neft emalı azalmaqda davam edir.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, koronavirusun tələbi zəiflətməsi və daha az işçi qüvvəsi səbəbindən Çindəki neftayırma zavodlarının emal göstəriciləri azalır. Belə ki, zavodlarda keçən ilə nisbətən 25 faiz az neft emal olunur.
Bildirilir ki, Çində xam neft emalı gündəlik 10 milyon barrelə düşüb, bu, 2014-cü ildən indiyədək ən aşağı səviyyədir. Neftayırma zavodlarında bu ayın əvvəlində sutkada 11,4 milyon barreldən çox, ötən il isə gündəlik orta hesabla 13 milyon barrel neft emal olunub.
Zavodların emal göstəricilərinin daha da azalacağı istisna edilmir.

Dünya 2020-02-19 16:25:00