×
A
A
A
Sazlamalar

AzTU ilə Rusiya şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı, 19 fevral, AZƏRTAC 

Rusiyanın “Elektrik stansiya və şəbəkələrinin trenajoru” SC-nin baş direktoru, texnika üzrə elmlər doktoru, professor Sergey Maqidin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, rektor Vilayət Vəliyevlə keçirilən görüşdə əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Rusiyanın və postsovet ölkələrinin Ali Attestasiya Komissiyası tərəfindən tanınan “Energetika etibarlılığı və təhlükəsizliyi” (“Nadejnost i bezopasnost energetiki”) jurnalında AzTU əməkdaşlarının elmi məqalələrinin dərc edilməsi, universitetin professor-müəllim heyətinin redaksiya heyətinə üzvlüyü təklif olunub.
Həmçinin “Elektrik stansiya və şəbəkələrinin trenajoru” Səhmdar Cəmiyyətinin universitetin Elektrotexnika və elektrik avadanlığı kafedrası ilə iş birliyinin yaradılması barədə mübadiləsi aparılıb.

Elm və təhsil 2020-02-19 16:23:00