×
A
A
A
Sazlamalar

Sumqayıtda yaşayış binalarının dam örtükləri dəyişdirilir, fasadları təmir olunur

Sumqayıt, 19 fevral, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıtda yaşayış binalarının dam örtüklərinin dəyişdirilməsi işləri sürətlə davam edir. Ötən il şəhərin 5 məhəlləsində 41, 41a, 42, 45, 48-ci, həmçinin 9 mikrorayonunda 1, 2, 3, 4, 5, 6, 8, 13, 18-ci, o cümlədən Hacı Zeynalabdin qəsəbəsi, “St. Sumqayıt” və “Tuğzavod” yaşayış massivlərində ümumilikdə 263 yaşayış binasının dam örtüyü dəyişdirilib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən 2019-cu ilin noyabr ayında əlavə olaraq 100 binanın, dekabr ayında isə 2020-ci ildə daha 100 binanın dam örtüyünün dəyişdirilməsi məqsədilə vəsait ayrılıb. Artıq Sumqayıtın 7-8-12 (birləşmiş), 1 və 30-cu məhəllələrində bu istiqamətdə işlər yekunlaşmaq üzrədir.
Bununla yanaşı, ötən il 49 binanın fasadı təmir olunub. Hazırda şəhərin 3 və 4-cü mikrorayonlarında və 41a məhəlləsində 10 binada təmir işlər davam etdirilir.

Regionlar 2020-02-19 15:59:00