×
A
A
A
Sazlamalar

Sahibkarlar Kayseridəki aqrar, heyvandarlıq və texnologiya sərgisində iştiraka dəvət olunurlar


Bakı, 19 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ölkəmizdə fəaliyyət göstərən sahibkarlara və iş adamlarına müraciət edib.
ASK-dan AZƏRTAC-a bildirilib ki, martın 4-8-də Türkiyədə “Kayseri aqrar, heyvandarlıq və texnologiya sərgisi” açılacaq. Sərgidə kənd təsərrüfatının mexanizasiyası və texnologiyaları, istixana, su və suvarma texnologiyaları, gübrələr, pestisidlər, toxum, bağçılıq, florologiya və əlaqəli texnologiyalar, rkoloji kənd təsərrüfatı, traktor və kombaynlar, aqroinformatika, heyvandarlıq, quşçuluq, heyvanların sağlamlığı və baytarlıq xidmətləri, süd məhsulları, dərman və avadanlıqlar üzrə sektorlar təmsil olunacaq. Maraqlananlar ətraflı məlumat üçün ASK-ya müraciət edə bilərlər.

Sərgilər 2020-02-19 15:51:00