“Azəriqaz”ın baş direktoru Göyçayda vətəndaşlarla görüşəcək
Bakı, 19 fevral, AZƏRTAC
Fevralın 21-də “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Göyçay rayonunda vətəndaş qəbulu keçirəcək.
Birlikdən AZƏRTAC-a bildirilib ki, baş direktorun müavinləri Ramil İskəndərov və Cahid Hüseynov isə Kürdəmir və Ucar rayonlarında vətəndaşların müraciətlərini dinləyəcəklər. Qəbulların hər üç rayon mərkəzində saat 12:00-da təşkili planlaşdırılıb.
Qəbullar Göyçay rayon Heydər Əliyev Mərkəzində, Kürdəmir rayon Heydər Əliyev Mərkəzində və Ucar rayon Gənclər Mərkəzində keçiriləcək. Daha ətraflı məlumatı Ağsu Regional Qaz İstismarı İdarəsindən, eləcə də Göyçay, Kürdəmir və Ucar rayonlarındakı qaz xidmət sahələrindən əldə etmək olar.
İranda baş verən zəlzələ Naxçıvan Muxtar Respublikasında hiss olunub - YENİLƏNİB
Ağdamda eyni gündə doğulub, eyni gündə də şəhid olan qardaşların xatirəsi anılıb
Qax Damazlıq İpəkçilik Stansiyasında 4785 qutu ipəkqurdu toxumu inkubasiyaya qoyulacaq
Naxçıvançaydan Heydər Əliyev su anbarına bərk tullantılar daxil olub
Otuza yaxın şəhid övladı Ağbulaq İstirahət Mərkəzində istirahət edib