×
A
A
A
Sazlamalar

Corc Forman Vaylder-Fyuri döyüşünün tarixi əhəmiyyətindən danışıb

Bakı, 19 fevral, AZƏRTAC

Corc Forman mətbuata açıqlaması ilə diqqət mərkəzinə düşüb. Söhbət əfsanəvi boksçunun Deontey Vaylder və Tayson Fyuri arasında revanş görüş haqda fikirlərini bölüşməsindən gedir.
AZƏRTAC xəbər verir ki, sabiq dünya çempionu qarşılaşmanın boks tarixində əlamətdar yer tutacağını bildirib: “Boks tarixində ən çox yadda qalan 3 revanş döyüşü olub. Onlardan birincisi Co Luislə Maks Şmellinq arasındakı döyüşdür. Daha sonra Məhəmməd Əli ilə Co Freyzerin revanş qarşılaşmasını qeyd edərdim. Mən Əlinin favorit olduğunu düşünürdüm, amma Freyzer qələbə qazandı. İndi isə rinqdə Vaylderlə Fyuridir və bu qarşılaşma çox maraqlıdır”.
Qeyd edək ki, döyüş fevralın 22-də Las-Veqasda keçiriləcək.

İdman 2020-02-19 15:30:00