×
A
A
A
Sazlamalar

Azərbaycanın U-17 komandası UEFA inkişaf turnirində iştirak edəcək

Bakı, 19 fevral, AZƏRTAC

Futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması fevralın 20-dən 26-dək Maltanın Salino şəhərində keçiriləcək UEFA inkişaf turnirində iştirak edəcək.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, millimizin çıxış edəcəyi turnirin təqvimi açıqlanıb.
Millimiz fevralın 21-də Cəbəllütariq, iki gün sonra Şotlandiya, ayın 26-da isə Malta yığmaları ilə qarşılaşacaq.

İdman 2020-02-19 15:23:00