×
A
A
A
Sazlamalar

Yeniyetmə cüdoçularımız Antalyada Avropa kuboku turnirində güclərini sınayacaqlar

Bakı, 19 fevral, AZƏRTAC
Fevralın 29-da Antalyada yeniyetmə cüdoçular arasında Avropa kuboku turniri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycanı qitə yarışında oğlanların mübarizəsində 27, qızların yarışında isə 5 cüdoçu təmsil edəcək.
Yarışda iştirak etmək üçün indiyədək 13 ölkədən 211 cüdoçu qeydiyyatdan keçib ki, onlardan 160-ı oğlan, 51-i qızdır.

 

İdman 2020-02-19 15:22:00