“Alfa Romeo” komandası yeni “C39” avtomobilini təqdim edib
Bakı, 19 fevral, AZƏRTAC
Ötən həftə Foranoda “Alfa Romeo” komandası qara-boz rəngə boyanmış yeni “C39” avtomobilini sınaqdan çıxarıb.
AZƏRTAC xəbər verir ki, Barselona trasının pit-leynində “Haas” komandası “VF-20” bolidini təqdim etdikdən 15 dəqiqə sonra “Alfa Romeo” özünün yeni avtomobilinin rəsmi təqdimatını keçirib. Bu dəfə bolid ənənəvi ağ-qırmızı qammada rənglənmişdi.
Kimi Raykkonen və Antonio Covinatsi fotoqraf və jurnalistlərin yanında bolidin üzərindən qoruyucu örtüyü götürüblər. Təqdimat mərasimində, həmçinin komandanın ehtiyat pilotu Robert Kubitsa və development-drayver Tatyana Kalderon iştirak ediblər.
Testlərdə “Alfa Romeo C39” sükanı arxasında birinci Robert Kubitsa əyləşəcək. Polşalı səhər sessiyasını yerinə yetirəcək, bir saatlıq nahar fasiləsindən sonra isə onu Antonio Covinatsi əvəzləyəcək.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir