×
A
A
A
Sazlamalar

Gürcüstanın Milli Təhlükəsizlik Şurasına yeni rəhbər təyin olunub

Tbilisi, 19 fevral, AZƏRTAC

Gürcüstanın Milli Təhlükəsizlik Şurasına yəni rəhbər təyin olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Baş Nazir Giorgi Qaxaria hökumətin bugünkü iclasında məlumat verib.
Baş Nazirin müvafiq əmri ilə Daxili İşlər naziri Vaxtanq Qomelauri Milli Təhlükəsizlik Şurasına rəhbərlik edəcək.
Onun sözlərinə görə, Təhlükəsizlik Şurası səmərəli fəaliyyət göstərməli olan vacib orqandır. Günün tələbindən asılı olaraq, Milli Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsinə Daxili İşlər naziri Vaxtanq Qomelauri təyin edilir.
G.Qaxaria Daxili İşlər nazirini bu vəzifəyə təyinatı münasibətilə təbrik edib.
Bundan əvvəl Milli Təhlükəsizlik Şurasının katibi Levan İzoria idi. O, ötən ay bu vəzifə ilə yanaşı, Kəşfiyyat Xidmətinin rəhbərliyindən də istefa verib.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2020-02-19 15:00:00