×
A
A
A
Sazlamalar

Buxara şəhərinin İslam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı təntənəli açılış mərasimi keçiriləcək

Daşkənd, 19 fevral, AZƏRTAC

2020-ci ildə qədim Buxara şəhəri İslam mədəniyyətinin paytaxtı elan edilib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı İSESKO-nun yüksək səviyyəli nümayəndəsi Rixati Salix Najibin rəhbərliyi ilə nümayəndə heyəti Özbəkistanda səfərdədir.
Nümayəndə heyətinin Özbəkistan Mədəniyyət nazirinin müavini Kamola Akilova və Daşkənddəki İslam Sivilizasiyası Mərkəzinin rəhbəri Şoazim Minavarovla görüşündə Buxara şəhərinin rəsmi olaraq İslam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı təşkilati məsələlər müzakirə olunub. Bildirilib ki, bu ilin aprelin 14-də Buxara şəhərinin İslam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı təntənəli açılış mərasimində İSESKO-nun Baş direktorunun iştirakı gözlənilir.
Kamola Akilova bildirib ki, tədbirlər çərçivəsində Səmərqənd və Buxara şəhərlərində elmi-praktik konfrans da keçiriləcək. O deyib ki, qonaqlar bu qədim şəhərlərin təkrarsız abidələri ilə də tanış olacaqlar.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Mədəniyyət 2020-02-19 14:43:00