×
A
A
A
Sazlamalar

Azərbaycan şahmatçısı Praqa festivalında yarışın lideri ilə qarşılaşır

Bakı, 19 fevral, AZƏRTAC

Fevralın 19-da Çexiyanın paytaxtı Praqada təşkil olunan şahmat festivalında yeddinci turun oyunlarına start verilib.
AZƏRTAC xəbər verir ki, festivalın “Challengers” turnirində mübarizə aparan Azərbaycan təmsilçisi Nicat Abasov növbəti turda turnir cədvəlinin lideri islandiyalı şahmatçı Hannes Stefansson ilə qarşılaşır.
Qeyd edək ki, N.Abasov 3,5 xalla turnir cədvəlində üçüncü yerdədir.

İdman 2020-02-19 14:09:00