×
A
A
A
Sazlamalar

Beynəlxalq Ana Dili Günü ilə əlaqədar “Dil dövlətin təsdiqidir” adlı tədbir təşkil olunub

Bakı, 19 fevral, AZƏRTAC

Fevralın 19-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi 272 nömrəli tam orta məktəbdə 21 fevral - Beynəlxalq Ana Dili Günü ilə əlaqədar “Dil dövlətin təsdiqidir” adlı tədbir keçirib.
İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə Beynəlxalq Ana Dili Günü haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandırır.
Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır.
Diqqətə çatdırılıb ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır.
Ümummilli Liderin 2001-ci il 9 avqustda imzaladığı "Azərbaycan Əlifbası və Azərbaycan Dili gününün təsis edilməsi haqqında" Fərmana əsasən hər il avqust ayının 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.
Qeyd edilib ki, tədbirin keçirilməsinin əsas məqsədi şagirdlərə bu günün məqsədini anlatmaq və onlara öz doğma dillərini sevdirməkdir.

Mədəniyyət 2020-02-19 13:24:00