×
A
A
A
Sazlamalar

Ali təhsil müəssisələrinə və kolleclərə ərizə qəbulunun vaxtı açıqlanıb

Bakı, 19 fevral, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) ali məktəblərə və orta ixtisas təhsili müəssisələrinə (kolleclər) sənəd qəbulunun vaxtını açıqlayıb.
DİM-dən AZƏRTAC-a bildirilib ki, ali təhsil müəssisələrinə qəbul imtahanları üçün ərizə qəbulu (I – V qruplar) martın 16-dan aprelin 14-dək aparılacaq.
Kolleclərə tam (11 illik) orta təhsil bazasında sənəd qəbulu martın 16-dan aprelin 14-dək, 9 illik orta təhsil bazasında isə fevralın 21-dən martın 11-nə kimi aparılacaq.

Elm və təhsil 2020-02-19 12:51:00