×
A
A
A
Sazlamalar

Qəbələli qadınlar sahibkarlıq fəaliyyəti barədə maarifləndiriliblər

Qəbələ, 19 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanın kənd yerlərində sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində təşkil olunan təlimlərdə qəbələli qadınlar sahibkarlıq fəaliyyəti və biznesə başlanılması məsələləri barədə maarifləndiriliblər.
Mərkəzdən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, təlimlərdə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) meneceri Günay Həsənli iştirakçılara qurumun fəaliyyəti, ölkəmizdə qadın sahibkarlığın inkişafı barədə ətraflı məlumat verib.
Bildirilib ki, təlimlərin təşkilində əsas məqsəd AQSİA ilə qadın sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirmək, qadınlar arasında sahibkar düşüncə tərzini inkişaf etdirmək, onların bilik və bacarıqlarını artırmaq, sahibkarlığın inkişafına töhfə verməkdir.

Regionlar 2020-02-19 12:49:00