×
A
A
A
Sazlamalar

Beynəlxalq mübadiləyə əsasən Azərbaycan Milli Kitabxanası il ərzində 1600-dən çox kitab qəbul edir

Bakı, 19 fevral, AZƏRTAC

Milli Kitabxana nəinki Qafqazda, hətta Avropada və bütün dünyada ən böyük kitabxanalardan biridir.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov rəhbərlik etdiyi müəssisənin son illərdə nəşr olunan kitablarının Tarix İnstitutuna təqdimetmə mərasimində deyib.
O bildirib ki, Milli Kitabxana dünyanın 70-ə yaxın kitabxanası ilə əməkdaşlıq edir. Beynəlxalq mübadiləyə əsasən kitabxana il ərzində 1600-dən çox kitab qəbul edir. Kitabxana da Azərbaycanı dünyada təbliğ etmək məqsədilə dünya kitabxanalarına nəşrlər göndərir.
“Çalışırıq ki, mübadilə zamanı tarix kitablarına xüsusi diqqət ayıraq. Tarix İnstitutunun xarici dillərdə nəşr olunan kitablarının kitabxanamıza təqdim edilməsi bizim bu sahədə işlərimizə böyük töhfədir. Kitabxanamız bir il ərzində 10-dan çox beynəlxalq kitab sərgisində iştirak edir”, - deyə professor Kərim Tahirov bildirib.

Elm və təhsil 2020-02-19 11:56:00