×
A
A
A
Sazlamalar

Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri istehsalat təcrübəsində

Bakı, 19 fevral, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetinin bakalavr pilləsində təhsil alan tələbələri istehsalat təcrübəsinə başlayıblar.
Universitetdən AZƏRTAC-a bildirilib ki, 238 tələbə müxtəlif müəssisə və qurumlarda istehsalat təcrübəsi keçəcək. Müvafiq müəssisələrlə qarşılıqlı razılaşmaya əsasən tələbələrin 228-i Bakıda, 10-u Sumqayıt, Ağdaş, Zərdab, Sabirabad, Bərdə, Goranboy və digər bölgələrdə artıq istehsalat təcrübəsinə başlayıblar. Bakalavr tələbələrinin peşəkar vərdişlərə yiyələnmələrinə istiqamətlənən istehsalat təcrübəsi mayın 25-dək davam edəcək.

Elm və təhsil 2020-02-19 11:47:00