Prezidentin dövlət qurumlarının fəaliyyətini xalqın problemlərinin həllinə yönəltməsi ölkə rəhbərinə inamı gücləndirir
Bakı, 19 fevral, AZƏRTAC
Prezident Administrasiyasına daxil olan müraciətlərin vətəndaşlarımızın gündəlik həyatda qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasında dövlətin dəstəyinə ümidindən, öz Prezidentinə, öz dövlətinə güvənc və inamından yarandığını desək, səhv etmərik. Vətəndaşlar dövlət başçısının yürütdüyü sosial siyasətdən razılıqlarını bildirir, özlərinin şəxsi problemlərinin və sosial məsələlərinin həllində ölkənin mövcud imkanlarından bəhrələnməyə çalışır, abadlıq və tikinti işlərinin həyata keçirilməsində, insan həyatı üçün zəruri olan infrastrukturun yaradılmasında öz dövlətlərinə arxalanırlar.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun “Azərbaycan Prezidentinin dərin islahatları vətəndaş müraciətlərində qaldırılan məsələlərin həllinə böyük inam yaradır” adlı məqaləsində öz əksini tapıb.
Məqalədə bildirilir ki, Azərbaycan Prezidentinin bütün dövlət qurumlarının fəaliyyətini xalqın problemlərinin həllinə, həyatının yaxşılaşdırılmasına yönəltməsi, ölkənin təbii sərvətlərindən əldə olunan gəlirlərin onun iqtisadi inkişafına sərf edilməsi, ictimai-siyasi sabitliyi təmin edən daxili siyasətin uğurla davam etdirilməsi vətəndaşların ölkə rəhbərinə inamını daim gücləndirir.
Azərbaycanda uzun illərdir aparılan sosialyönümlü siyasət, əhalinin öz güzəranını təmin etmək üçün sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına şərait yaradılması, gündən-günə artan insan resurslarımızın ölkənin qüdrətini artırmaq üçün səfərbər edilməsi həmişə diqqət mərkəzində saxlanılır.
Müəllif vurğulayır ki, dövlətimizin başçısı ölkənin təbii resurslarından və digər imkanlarından səmərəli istifadə etməklə yeni iş yerlərinin yaradılmasını, işsizliyin minimuma endirilməsini sosial məsələlərin həllində prioritet amillərdən biri hesab edir.
Siyasi partiyalar tərəfindən qəbul edilən qanunsuz ianələrə görə cərimələr müəyyənləşir
Ermənistan Azərbaycanın ərazi bütövlüyünü təsdiqləməsə, nəticə erməni cəmiyyəti üçün ağır olacaq
Azərbaycan parlamenti növbədənkənar sessiyasında 41 məsələni müzakirə edir
İqtisadi Şuranın növbəti iclası olub
Deputatlar Türkiyədə seçkilərə hazırlığın gedişi ilə tanış olacaqlar