Məktəblilərin V İngilis dili olimpiadası keçiriləcək
Bakı, 19 fevral, AZƏRTAC
Ümumtəhsil məktəblərinin IX və X sinif şagirdləri arasında V İngilis dili olimpiadası keçiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, olimpiadanın keçirilməsində əsas məqsəd şagirdlərdə xarici dilin öyrənilməsinə marağı artırmaq, məktəblilərin müvafiq bilik və bacarıqlarını sınaqdan keçirmək və akademik ingilis dili biliklərinə yiyələnmələrinə kömək etməkdir.
Olimpiadanın aprelin 19-da keçiriləcək ilk turunda şagirdlər ingilis dilinin qrammatikası və oxu qabiliyyəti üzrə 50 sualı cavablandıracaqlar. İlk mərhələni uğurla keçən şagirdlərin II mərhələdə ingilis dilində dinləmə və yazı bacarıqları yoxlanılacaq. Olimpiadada iştirak etmək üçün məktəblilər martın 31-dək www.olympiad.ada.edu.az saytında qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçən ilk 1500 şagirdin olimpiadada iştirakı təmin ediləcək.
Qaliblər ADA Universiteti və tərəfdaş qurumların nümayəndələrindən ibarət komitə tərəfindən seçiləcək. Olimpiadada I yerin qalibi ADA Universiteti və Bakı Təhsil və İnformasiya Mərkəzinin maliyyə dəstəyi ilə Böyük Britaniyada keçiriləcək birhəftəlik “Qlobal gənc liderlər proqramı”nda iştirak imkanı qazanacaq.
BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib
“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb
“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır