×
A
A
A
Sazlamalar

Kitabxanada Xalq şairi Nəriman Həsənzadəyə həsr olunmuş kitab sərgisi açılıb

Bakı, 19 fevral, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 5 saylı filialı Xalq şairi, dramaturq Nəriman Həsənzadənin doğum gününə həsr olunmuş kitab sərgisi təşkil edib.
İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə Nəriman Həsənzadənin həyat və yaradıcılığı haqqında məlumat verilib. Bildirilib ki, 1953-cü ildən mətbuatda çıxış edən şairin əsərləri keçmiş SSRİ və bir çox xarici ölkə xalqlarının dillərinə tərcümə edilib. Bakıda “Seçilmiş əsərləri”, Tehranda “Söyüd” və Tbilisidə “Seçilmiş əsərləri” çapdan çıxıb. “Nabat xalanın çörəyi” povesti Moskvada “Molodaya qvardiya” nəşriyyatında rus dilində nəşr olunub.
Diqqətə çatdırılıb ki, Nəriman Həsənzadə epik-dramatik poemalar müəllifi kimi də tanınıb. Xalq şairi 34 bədii – poetik toplunun, “Tariximiz, taleyimiz” adlı irihəcmli elmi-ədəbi məqalələr kitabının müəllifidir. 2004-cü ildə “Seçilmiş əsərləri” dövlət tərəfindən latın qrafikası ilə kütləvi tirajla nəşr edilib. 100-dən artıq şeirinə musiqi bəstələnib.
Sonda oxucular ədibin əsərləri ilə tanış olublar.

 

Mədəniyyət 2020-02-19 11:01:00