×
A
A
A
Sazlamalar

29 saylı Səbail seçki dairəsi üzrə altı məntəqədə seçkilərin nəticələri etibarsız sayılıb

Bakı, 18 fevral, AZƏRTAC 

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 29 saylı Səbail seçki dairəsindən namizəd olan Bəxtiyar Hacıyevin şikayətinə baxılıb.
AZƏRTAC xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının üzvü Ramiz İbrahimov araşdırmanın üç istiqamətdə aparıldığını deyib: müraciət edənin MSK-ya təqdim etdiyi sənədlər, sosial şəbəkədə yayılan görüntülər və dairə seçki komissiyasından alınan protokollar. Vurğulayıb ki, şikayət Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə araşdırılıb.
MSK üzvü aparılmış araşdırmanın nəticəsi olaraq, 1, 5, 9, 11, 17, 25 saylı məntəqələrdə seçkilərin nəticələrinin etibarsız sayılmasına əsas yaradan faktlar olduğunu deyib.
Beləliklə, MSK 29 saylı Səbail seçki dairəsinin qeyd edilən məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv olunması ilə bağlı qərar qəbul edib.

Daxili siyasət 2020-02-18 19:30:00