×
A
A
A
Sazlamalar

Bakının pravoslav məbədləri nəzdindəki bazar günü məktəblərinə dərsliklər və bədii ədəbiyyat hədiyyə edilib

Bakı, 18 fevral, AZƏRTAC

Bakıda Pravoslav Dini-Mədəniyyət Mərkəzində Вakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr ilə “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisovun görüşü olub.
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, görüşdə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası ilə “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.
Valentin Denisov pravoslav məbədləri – Miradaşıyan Qadınlar Kafedral Kilsəsi, Müqəddəs Məryəm Ana Kilsəsi və Mixail Arxangel Kilsəsi nəzdində fəaliyyət göstərən bazar günü məktəblərinin kitabxanalarına rus dilində dərsliklər və bədii ədəbiyyat hədiyyə edib.
Qeyd edək ki, “Rossotrudniçestvo” artıq illərdir ki, Azərbaycanda pravoslav məbədləri nəzdindəki bazar günü məktəblərinin kitabxana fondunun zənginləşməsində iştirak edir.

Din 2020-02-18 18:55:00