×
A
A
A
Sazlamalar

MSK sədri: Təsdiqini tapan hər bir məsələ ilə bağlı ölçü götürülür

Bakı, 18 fevral, AZƏRTAC

Mərkəzi Seçki Komissiyası bütün şikayətləri ciddi şəkildə araşdırır. Hətta şikayətçi bizə ünvanladığı şikayətdən sonra da əlinə hər hansı material keçərsə, təqdim etsin. Bütün şikayətlərə ciddi şəkildə baxılacaq və müvafiq qərar qəbul ediləcək.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, təsdiqini tapan hər bir məsələ ilə bağlı ölçü götürülür. Komissiya pozuntularla bağlı məsələləri seçki prosesi başa çatandan sonra araşdırmağa davam edəcək.

Daxili siyasət 2020-02-18 17:15:00