×
A
A
A
Sazlamalar

® “Azercell”dən Azərbaycan kinoindustriyasının inkişafına dəstək

“Azercell Telekom” Beşinci Buktreyler Festivalının rəqəmsal

tərəfdaşı qismində çıxış edir

“Azercell Telekom” MMC ənənəvi olaraq 23 aprel - Beynəlxalq Kitab Günü ərəfəsində mütaliə mədəniyyətinin təbliği və kinematoqrafiya sahəsinin inkişafı məqsədilə təşkil edilən Buktreyler Festivalının əsas tərəfdaşıdır.
Daim istedadlı və yaradıcı gənclərin dəstəyinə yönələn layihələrin və sosial təşəbbüslərin fəal iştirakçısı olan “Azercell” festival çərçivəsində xüsusi olaraq “Ən yaxşı mobil buktreyler” nominasiyasını da elan edir. Belə ki, mobil telefon vasitəsilə yerli müəlliflərin istənilən əsərinə çəkilən buktreylər şirkətin xüsusi münsiflər heyəti tərəfindən dəyərləndiriləcək və qalib “Azercell”dən 1000 AZN dəyərində pul mükafatı qazanacaq.
Qeyd edək ki, Buktreyler Festivalı artıq 4 ildir film sənayesində yeni simaların aşkar edilməsinə böyük töhfə verir. Festival kinoaktyor, prodüser Ruslan Sabirlinin təsisçiliyi ilə Mədəniyyət Nazirliyi və Beynəlxalq Muğam Mərkəzinin təşkilati dəstəyi ilə keçirilir.
“Kitabı tanıdın, kitabla tanının” şüarı ilə keçirilən bu festival milli mədəni irsimizin qorunması, habelə Azərbaycan ədəbiyyatının beynəlxalq müstəvidə tanıdılması üçün əvəzolunmaz bir layihədir. Yaşından asılı olmayaraq hər kəs festivalın rəsmi internet səhifəsində (“www.booktrailer.az”) qeydiyyatdan keçərək, yarışmada iştirak edə bilər.
Xatırladaq ki, Beşinci Buktreyler Festivalında 1-ci yerə layiq görülən 1000 AZN, 2-ci yer 800 AZN və 3-cü yer 500 AZN pul mükafatı ilə təltif olunacaq. Festival üzrə müraciətlərin qəbulu fevralın 2-dən başlayıb. Buktreylerlərin son qəbul tarixi 2020-ci il aprelin 1-dir.
Festival barədə ətraflı məlumatı “www.booktrailer.az” internet səhifəsindən və ya festivalın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə etmək mümkündür:
“Instagram”: “https://www.instagram.com/BooktrailerFest
“Facebook”: “https://www.facebook.com/BooktrailerFest
“Youtube”: “https://www.youtube.com/BooktrailerFest
Əlavə suallarla bağlı “[email protected]” email ünvanına müraciət etməyinizi xahiş edirik.
Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət edə bilərsiniz.

Mədəniyyət 2020-02-18 17:28:00