×
A
A
A
Sazlamalar

Fərqli güləş növləri üzrə açıq Bakı turniri keçiriləcək

Bakı, 18 fevral, AZƏRTAC
Martın 1-də Hövsan Olimpiya İdman Kompleksində fərqli güləş növləri üzrə açıq Bakı turniri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, turnir bütün yaş qrupları üzrə orta və professional səviyyələr üzrə keçiləcək.
Turnirin əsas məqsədi idmanın bu növünü Azərbaycanda məşhurlaşdırmaq və ilin ikinci yarısında keçiriləcək “Open Azerbaijan” və ölkə birinciliyinə hazırlıq xarakteri daşıyır.
Turnirdə Bakı klubları və müxtəlif bölgələrdən 100-ə yaxın idmançı iştirak edəcək.

İdman 2020-02-18 16:39:00