×
A
A
A
Sazlamalar

“Qarabağ” klubunun üzvü Premyer Liqanın XVII turunun ən yaxşı futbolçusu seçilib

Bakı, 18 fevral, AZƏRTAC

Azərbaycan Premyer Liqasının XVII turunun ən yaxşı futbolçusu müəyyənləşib.
AZƏRTAC Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, “InStat”ın təhlilinə əsasən, Azərbaycan Premyer Liqasının XVII turunun ən yaxşı futbolçusu “Qarabağ”ın hücumçusu Abdulla Zubir seçilib. “Zirə” klubuna qarşı görüşdə (6:0) 90 dəqiqə meydanda olan futbolçu komandası üçün 1 qol vurub və bir məhsuldar ötürmə edib. Araşdırmalara əsasən, Abdulla Zubir turun ən yaxşı indeksə malik futbolçusudur.
Futbolçu XVII turun rəmzi komandasında da yer alıb. Həftənin ən yaxşı futbolçusu və rəmzi komandası “InStat” şirkətinin təhlilinə əsasən müəyyənləşdirilir.

İdman 2020-02-18 16:08:00