Azərbaycan Premyer Liqasının XVII turunun rəmzi komandası açıqlanıb
Bakı, 18 fevral, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun rəmzi komandası müəyyənləşib.
AZƏRTAC Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, “InStat”ın təhlili əsasında müəyyənləşən rəmzi komandada “Qarabağ”dan 6, “Neftçi”dən 3, “Səbail”dən isə 2 futbolçu yer alıb.
Rəmzi heyətə Şahruddin Məhəmmədəliyev (“Qarabağ”), Ailton Silva (“Qarabağ”), Anton Krivotsyuk (“Neftçi”), Bədavi Hüseynov (“Qarabağ”), Urfan Abbasov (“Səbail”), Stiven Monroz (“Neftçi”), Emin Mahmudov (“Neftçi”), Abdulla Zubir (“Qarabağ”), Xayme Romero (“Qarabağ”), Mahir Emreli (“Qarabağ”) və Rauf Əliyevin (“Səbail”) adı salınıb.
Qeyd edək ki, 17 turdan sonra turnir cədvəlinə 38 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 30 xal olan “Neftçi” ikinci, 26 xalı olan “Keşlə” isə üçüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq “Sumqayıt” (22), “Zirə” (20), “Sabah” (19), “Səbail” (18) və “Qəbələ” (13) yer alıblar.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir