×
A
A
A
Sazlamalar

Yanvarda metanol istehsalı 42 faiz artıb

Bakı, 18 fevral, AZƏRTAC

Ötən ay Azərbaycanda 10,8 min ton propilen (ondan əmtəəlik 10,8 min ton), 10,2 min ton polietilen, 12,8 min ton etilen, 42,8 min ton metanol (metil spirti) istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ay ərzində kimya sənayesində məhsul buraxılışı əvvəlki ilin yanvar ayı ilə müqayisədə 40,5 faiz artıb. Fevralın 1-nə 1,5 min ton propilen, 4,8 min ton polietilen və 6,5 min ton metanol hazır məhsul ehtiyatı kimi qalıb.
Yanvarda əsas kimya məhsullarından metanol istehsalı 42 faiz, propilen istehsalı 12,5 faiz, etilen istehsalı isə 4,1 faiz artıb.

Sənaye 2020-02-18 13:16:00