×
A
A
A
Sazlamalar

Nazirlik: “Aqrolizinq”də qeydə alınan pozuntular 2018-ci ilədək olan dövrə aiddir

Bakı, 18 fevral, AZƏRTAC

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində yoxlamalar təkcə Maliyyə Nazirliyi tərəfindən aparılmayıb. “Aqrolizinq”də, həmçinin son bir ildə iki beynəlxalq şirkət tərəfindən audit və qiymətləndirmə keçirilib.
AZƏRTAC xəbər verir ki, bu açıqlamanı Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov verib.
O bildirib ki, yoxlamalar zamanı qeydə alınan pozuntular 2018-ci ilədək olan dövrə aiddir: “Aqrolizinq” ASC 2019-cu ilin yanvarından etibarən kənd təsərrüfatı texnikası və damazlıq heyvanların alqı-satqısı ilə məşğul olmur”.
Qeyd edək ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən “Aqrolizinq” ASC-nin 2017-ci ilin yanvar ayından 2019-cu ilin sentyabr ayınadək fəaliyyət dövrünü əhatə edən yoxlama zamanı ciddi nöqsanlara yol verildiyi aşkarlanıb.

Kənd təsərrüfatı 2020-02-18 12:42:00