×
A
A
A
Sazlamalar

Milli İncəsənət Muzeyində növbəti tədbir adət-ənənələrimizə həsr olunub

Bakı, 18 fevral, AZƏRTAC

Xalqı xalq edən onun milli adət-ənənələridir. Milli adət-ənənələr, mərasimlər xalqımızın milli sərvətidir və xalqın irsinin, milli mənəviyyatının, mədəni simasının təzahürüdür. Xalqımızın milli-estetik dəyərlərinin tərənnümçüsü olan toy kimi gözəl adəti var. Toy hər bir xalqın milli-etnik davranış normalarını, vərdişlərini, ailə-məişət etikasını varislik baxımından yaşatmaqla yanaşı, xalqın bədii yaradıcılığının mənbəyi kimi də böyük əhəmiyyətə malikdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli İncəsənət Muzeyində növbəti tədbir xalqımızın nəsildən-nəslə keçərək bu günə qədər gəlib çatmış milli adət-ənənələrinin müzakirəsinə həsr edilib.
Müzakirələr zamanı xalqımızın toy atributikası, geyimləri, zinət əşyaları ilə yaxından tanış olmaq imkanı da yaradılıb.
Tədbir iştirakçılarının bu qədim ənənəmiz barədəki sualları etnoqraf-alim Solmaz Məhərrəmova tərəfindən cavablandırılıb.

 

Mədəniyyət 2020-02-18 12:17:00