×
A
A
A
Sazlamalar

“Buratino axmaqlar ölkəsində” növbəti dəfə təqdim edilib

Bakı, 18 fevral, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı “Buratino axmaqlar ölkəsində” tamaşasını növbəti dəfə azyaşlıların ixtiyarına verib.
AZƏRTAC xəbər verir ki, Lev Tolstoyun “Qızıl açar və ya Buratinonun macəraları” nağılı əsasında ərsəyə gələn tamaşanın quruluşçu rejissoru, səhnələşdirəni və mahnı mətnlərini yazanı Əlif Cahangirli, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistenti Nərmin Həsənlidir.
Səhnə əsərinin bəstəkarı məşhur eston musiqiçisi Olov Exoladır. Tamaşada aktyorlar - Xədicə Novruzlu (Buratino), Ramin Şıxəliyev (Karlo ata), Rüstəm Rüstəmov (Karabas Barabas), Əməkdar artistlər - Mirzə Ağabəyli (Sisək), Anar Heybətov (Bazilio), Şəlalə Şahvələdqızı (Alisa), aktyorlar - Elsevər Rəhimov (Pyero), Rəşad Bəxtiyarov və İmran Qurbanov (Arlekino), İlahə Həsənova və Sona Novruzova (Malvina), Şəhla İsmayılova (Tortila), aktyorlar Vüsal Mustafayev (Artemon), Elçin Əfəndi (Dəvədəlləyi), Cümşüd Zeynalov (Bayquş), Vüsal Məmmədov (Qurbağa), Mehman Fətullayev (Oğlan), Ləman Fərmanlı və Əminə Səfərova (Qurbağalar) çıxış ediblər.
Mahnıları Teymur Kazımov, Bəsti Qasımova, Nazəni Həsənova və Əlif Cahangirli ifa edib.
Əsərin əsas süjetini Buratino və onun dostlarının Karabas Barabas, tülkü Alisa və pişik Bazilio ilə mübarizəsi təşkil edir. Qızıl açarı ələ keçirmək üçün gərgin mübarizə gedir. Bu açar Karabas Barabas üçün var-dövlət, onun yoxsullar üzərində hakimiyyəti deməkdir. Buratino, Karlo ata, Artemon, Pyero və Malvina üçün isə azadlıq rəmzidir. Əsər xeyrin şər üzərində qələbəsi ilə sona yetir.

Mədəniyyət 2020-02-18 11:16:00