×
A
A
A
Sazlamalar

Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində Çindən qayıtmış 2 tələbə evə buraxılıb

Bakı,18fevral,AZƏRTAC 

1 saylı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində olan Çindən qayıtmış 2 tələbə dünən evinə buraxılıb. Onların səhhətində hər hansı problem aşkarlanmayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.
Xəstəlik yayılmış ərazidən gələnlər üçün xüsusi ayrılmış tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda xəstəxanada qalan 1 nəfər karantin müddəti bitdiyindən gün ərzində evinə buraxılacaq. Onun vəziyyəti normaldır və heç bir şikayəti yoxdur.

Səhiyyə 2020-02-18 11:14:00