×
A
A
A
Sazlamalar

"Sədərək" Ticarət Mərkəzində baş vermiş yanğında xəsarət alan şəxsə xəstəxanada ambulator yardım göstərilib

Bakı, 18 fevral, AZƏRTAC

"Sədərək" Ticarət Mərkəzində baş verən yanğın zamanı başından xəsarət alan bir nəfər təcili yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) AZƏRTAC-a bildirilib ki, xəsarət alan şəxsə xəstəxanada ambulator yardım göstərilib, evə buraxılıb.

Səhiyyə 2020-02-18 10:52:00