×
A
A
A
Sazlamalar

"Sədərək" Ticarət Mərkəzində baş verən yanğın yerinə 5 təcili yardım briqadası göndərilib

Bakı, 18 fevral, AZƏRTAC
"Sədərək" Ticarət Mərkəzində baş verən yanğın yerinə 5 təcili yardım briqadası göndərilib.
Bu barədə AZƏRTAC-a “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) bildirilib.
Məlumata görə, 9 nəfərə hadisə yerində yardım göstərilib.
Hadisə zamanı başından xəsarət alan bir nəfər isə təcili yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.

Səhiyyə 2020-02-18 10:40:00