Xalq artisti Dinara Əliyevanın iştirakı ilə Böyük Teatrda “Su pərisi” operası oynanılacaq
Bakı, 18 fevral, AZƏRTAC
Aprelin 8-dən 12-dək Rusiya Dövlət Akademik Böyük Teatrında Antonin Dvorjakın “Su pərisi” operası oynanılacaq.
AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, aprelin 8, 10 və 12-də səhnə əsərində Su pərisinin partiyasını Azərbaycanın Xalq artisti Dinara Əliyeva ifa edəcək.
D.Əliyeva 2009-cu ildən Rusiyada Böyük Teatrın solistidir. Dünyanın məşhur opera teatrı səhnələrində və konsert zallarında çıxış edir. İfaçının 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub. Onun C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə Fransanın Kolmar və Çexiyanın Praqa şəhərlərində “GalaVerdi” adlı solo konsertləri böyük uğurla keçib. 2015, 2017 və 2019-cu illərdə Moskvada Dinara Əliyevanın “Opera Art” beynəlxalq musiqi festivalları keçirilib.
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
“Şərq musiqisinin peyğəmbəri” - Cabbar Qaryağdıoğlu haqqında videoçarx hazırlanıb