×
A
A
A
Sazlamalar

Beynəlxalq Caz Gününə Keyptaun ev sahibliyi edəcək

Bakı, 18 fevral, AZƏRTAC

Aprelin 30-da qeyd olunacaq Beynəlxalq Caz Gününə Keyptaun ev sahibliyi edəcək.
AZƏRTAC Beynəlxalq Caz Gününün rəsmi saytına istinadla xəbər verir ki, builki tədbir Afrika cazının köklərinə və yollarına həsr olunacaq. Bu mövzu caz musiqisi vasitəsilə Afrikanın identikliyini və qlobal musiqiyə töhfə verməyə qadir olan qitənin yaradıcı potensialını əhatə edir. Beynəlxalq Caz Günündə Keyptaun cazın özünəməxsus tarixini və irsini nümayiş etdirəcək. Bayramın təşkilatçıları qeyd edirlər ki, Keyptaunda caz mahiyyətcə musiqidən daha üstündür – bu, quldarlığa və aparteidə qarşı mübarizənin tarixidir.
Beynəlxalq Caz Günü 2011-ci ilin noyabrında UNESCO tərəfindən elan olunub. 2012-ci ildən qeyd edilən bu əlamətdar günün məqsədi dünyanın hər yerindən insanların bir araya gəlməsində cazın rolunu vurğulamaqdır.

Musiqi 2020-02-18 07:24:00