×
A
A
A
Sazlamalar

İtaliya A Seriyası: Ante Rebiçin qolu “Milan”a qələbə qazandırıb

Bakı, 18 fevral, Nicat Məmmədov

Futbol üzrə İtaliya A Seriyasının 24-cü turuna yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turun son görüşündə “Milan” öz meydanında “Torino” komandasını qəbul edib. “San Siro” stadionunda keçirilən görüşdə meydan sahibləri qələbə qazanıb - 1:0.
Oyunda yeganə qolun müəllifi 25-ci dəqiqədə Ante Rebiç olub.
Bu qələbədən sonra xal ehtiyatını 35-ə çatdıran “Milan” turnir cədvəlində altıncı yerə yüksəlib. “Torino” isə 27 xalla 14-cü yerdə qərarlaşıb.

İdman 2020-02-18 02:12:00