×
A
A
A
Sazlamalar

İngiltərə Premyer Liqası: “Çelsi” öz meydanında “Mançester Yunayted” komandasına məğlub olub

Bakı, 18 fevral, Nicat Məmmədov

İngiltərə Premyer Liqasının 26-cı turuna yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turun son görüşündə “Çelsi” doğma azarkeşlər önündə “Mançester Yunayted” komandasını qəbul edib.
“Stamford Bric” stadionunda oynanılan görüşdə qonaqlar 2:0 hesabı ilə qalib gəlib. Mançester təmsilçisinin heyətində Antoni Marsial və Hari Maquayer fərqləniblər.
Bu qələbədən sonra xal ehtiyatını 38-ə çatdıran “Mançester Yunayted” turnir cədvəlində yeddinci yerə yüksəlib. “Çelsi” isə 41 xalla 4-cü yerdə qərarlaşıb.

İdman 2020-02-18 02:07:00