×
A
A
A
Sazlamalar

Sumqayıtda 4 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib

Sumqayıt, 18 fevral, AZƏRTAC

Sumqayıtda axşam saatlarında 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza şəhərin Sülh prospektində qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, hərəkətdə olan “VAZ 21011” markalı avtomobil yol kənarında dayanmış “Chevrolet” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində “VAZ 21011”in sürücüsü 1996-cı il təvəllüdlü Hümbətov Nicat Yaqub oğlu və onun sərnişinləri 1993-cü il təvəllüdlü Vəliyev Nahid Muxtar oğlu, 1981-ci il təvəllüdlü Hümbətova Tünzalə Vahab qızı və 2010-cu il təvəllüdlü Əliyli Hüseyn Elxan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.
İlkin olaraq qəzaya səbəb kimi avtomobilin sürücüsünün sərxoş vəziyyətdə olması və yüksək sürət göstərilir. Hər iki avtomobilə ciddi ziyan dəyib. Bir müddət yolda tıxac yaranıb. Yol polisinin müdaxiləsindən sonra tıxac aradan qaldırılıb və avtomobillərin hərəkəti bərpa olunub.
Faktla bağlı araşdırma aparılır.

Regionlar 2020-02-18 00:15:00