×
A
A
A
Sazlamalar

Taekvondo üzrə Ağcabədi rayon turnirində 110-dan çox idmançı mübarizə aparıb

Ağcabədi, 17 fevral, AZƏRTAC

Ağcabədi Olimpiya İdman Kompleksində Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunan taekvondo idman növü üzrə uşaq və yeniyetmələr arasında rayon turniri başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və “Aran” taekvondo klubunun birgə təşkilatçılığı ilə keçirilən yarışda Ağcabədi, Ağdam, Zərdab, Göyçay və Yevlax rayonlarından 116 idmançı iştirak edib. Gərgin mübarizə şəraitində keçən yarışın sonunda qaliblər rayon gənclər və idman idarəsi tərəfindən diplom və medallarla təltif olunublar.

Regionlar 2020-02-17 21:09:00