×
A
A
A
Sazlamalar

“Campos” komandası “Williams”ın ehtiyat pilotunu heyətinə qatıb

Bakı, 17 fevral, AZƏRTAC

Formula 2 yarışlarında iştirak edən “Campos” komandası 2020-ci il mövsümü üçün heyətini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, komanda Formula 3 çempionu, braziliyalı Qilerme Samayya və Böyük Britaniya təmsilçisi Cek Eytken ilə müqavilə imzalayıb.
C.Eytken bir müddət əvvəl Formula 1-də çıxış edən “Williams” komandası ilə müqavilə imzalayıb. Britaniyalı yeni mövsümdə “Williams”ın ehtiyat pilotu olacaq.
Formula 2 yarışlarının yeni mövsümünə martın 20-22-də Bəhreyndə keçiriləcək Qran-Pri ilə start veriləcək. Çempionatın beşinci mərhələsi iyunun 5-7-də Bakıda təşkil olunacaq. Yarışda 11 komanda birincilik uğrunda mübarizə aparacaq.

İdman 2020-02-17 18:34:00