Muay-tay üzrə XII Azərbaycan çempionatına yekun vurulub
Bakı, 17 fevral, AZƏRTAC
Abşeron Olimpiya İdman Kompleksində yeniyetmələr, gənclər və böyüklər arasında muay-tay idman növü üzrə XII Azərbaycan çempionatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Muay-tay Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən çempionatda 15 klubdan 200-ə yaxın idmançı iştirak edib.
Yarışın qalibləri nazirlik və federasiya tərəfindən diplom və medallarla təltif olunublar.
Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd qarşıdan gələn Avropa və dünya çempionatlarında çıxış edəcək yığma komandanın tərkibini müəyyənləşdirmək olub.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir