×
A
A
A
Sazlamalar

® “Bakcell” beynəlxalq konfransın keçirilməsinə dəstək göstərib

“Bakcell” şirkətinin sponsorluğu ilə Bakıda “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda beynəlxalq konfrans keçirilib. 

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), İqtisadiyyat, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Təhsil nazirliklərinin və “Bir kəmər, bir yol” Elm və Texnologiya alyansının təşkilatçılığı ilə təşkil olunan tədbirdə müxtəlif dövlət qurumlarının, nazirliklərin, 30-dan çox ölkədən olan universitet və elmi mərkəzlərini təmsil edən 100-dən çox tanınmış alim, nüfuzlu universitetlərin rektorları, rəqəmsal iqtisadiyyat sahəsində məşhur alimlər, qeyri-hökumət təşkilatlarının rəhbərləri, iqtisadçı ekspertlər və KİV nümayəndələri iştirak ediblər.
Konfransda rəqəmsal iqtisadiyyat, rəqəmsal valyutalar, elektron ticarət, rəqəmsal transformasiya, “ağıllı şəhər” və digər əlaqəli mövzular üzrə maraqlı çıxışlar, plenar məruzələr və panel müzakirələri yer alıb.

İKT 2020-02-17 17:55:00