UEFA Çempionlar Liqası üçün yeni mükafat təsis edib
Bakı, 17 fevral, AZƏRTAC
UEFA Çempionlar Liqasının hər bir matçının ən yaxşı futbolçusu üçün mükafat təsis edib.
AZƏRTAC xəbər verir ki, mükafat cari ildə UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsindən başlayaraq veriləcək.
Laureatları matçlarda iştirak edəcək UEFA-nın texniki müşahidəçiləri müəyyənləşdirəcəklər. Müşahidəçilərin siyahısına İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt, Belçika yığmasının çalışdırıcısı Roberto Martines, İngiltərə millisinin (qadın) məşqçisi Fil Nevill, İrlandiya seçməsinin sabiq hücumçusu Robbi Kin, “Real Madrid”in sabiq müdafiəçisi Aytor Karanka və digər mütəxəssislər daxildir.
Matçın ən yaxşı futbolçusu mükafatını oyundan dərhal sonra alacaq.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin birinci oyunları fevralın 18-də keçiriləcək.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir