Azərbaycan filmləri dördüncü Şarm əl-Şeyx Film Festivalında nümayiş olunacaq
Bakı, 17 fevral, AZƏRTAC
İyunun 20-dən 26-dək Misir Ərəb Respublikasının Mədəniyyət naziri və Cənubi Sinay Qubernatorunun himayəsi ilə dördüncü Şarm əl-Şeyx Film Festivalı keçiriləcək. Festivalda Azərbaycan filmləri də nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Misirin Azərbaycandakı səfiri Adel İbrahim bildirib. Onun sözlərinə görə, bu, iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin daha da gücləndirilməsi istiqamətində atılan növbəti addımdır.
Nümayiş olunacaq filmlər isə rejissor Elçin Musaoğlunun “Nabat ” və rejissor Zamin Məmmədovun “Səs” filmləridir. Bununla bağlı səfirlik Azərbaycanın Mədəniyyət Nazirliyi ilə razılığa gəlib.
Diplomat bundan əvvəl 2019-cu ilin mart ayında təşkil edilən Şarm əl-Şeyx Film Festivalında Azərbaycan tərəfinin rejissor Hilal Baydarovun "Ad günü" filmi ilə iştirak etdiyini xatırladaraq, bu iştirakın çox müvəffəqiyyətli olduğunu vurğulayıb.
Səfir, həmçinin Azərbaycanın tanınmış müğənnilərindən olan Dilarə Kazımovanın öz ansamblı ilə festivalın açılışında təmənnasız çıxış etdiyini, Azərbaycanın sözügedən festivalın fəxri qonağı olduğunu və festivalın rəhbərliyinin qədim Azərbaycan mədəniyyətini nümayiş etdirməyə çalışdığını da diqqətə çatdırıb.
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir