×
A
A
A
Sazlamalar

Hövsan qəsəbəsinin bu küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Bakı, 17 fevral, AZƏRTAC

Suraxanı rayonunun Hövsan qəsəbəsinin Oqtay Şabanov küçəsində aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti fevralın 18-də səhər saatlarından etibarən qısamüddətlik məhdudlaşdırılacaq.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə edilir.

Tikinti̇ 2020-02-17 16:52:00