×
A
A
A
Sazlamalar

Taekvondo üzrə açıq Ağcabədi turnirinin qalibləri müəyyənləşib

Bakı, 17 fevral, AZƏRTAC 

Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və “Aran” taekvondo klubunun birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş uşaq və yeniyetmələr arasında açıq Ağcabədi turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, turnirdə Ağcabədi, Ağdam, Zərdab, Göyçay və Yevlaxdan 116 taekvondoçu iştirak edib.
Açıq rayon turniri gərgin idman mübarizəsi şəraitində keçib və idmançılar müxtəlif çəki dərəcələrində güclərini sınayıblar.
Yekunda ayrı-ayrı çəki dərəcələrində ilk üç yeri tutmuş idmançılara diplom və medallar təqdim olunub.

İdman 2020-02-17 16:15:00