×
A
A
A
Sazlamalar

Sindo-ryu və pençak-silat üzrə Bakı turniri təşkil olunacaq

Bakı, 17 fevral, AZƏRTAC

Fevralın 21-22-də Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş sindo-ryu və pençak-silat üzrə Bakı turniri təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, Hövsan Olimpiya İdman Kompleksində keçiriləcək turnirdə 11 klubdan 150-dək idmançı birincilik uğrunda mübarizə aparacaq.
Yarışın baş hakimi Yarməmməd Qədirov olacaq.

İdman 2020-02-17 16:02:00