×
A
A
A
Sazlamalar

Millimiz Cəbəllütariq, Şotlandiya və Malta yığmaları ilə qarşılaşacaq

Bakı, 17 fevral, AZƏRTAC

Futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması fevralın 20-dən 26-dək Maltanın Salino şəhərində keçiriləcək UEFA inkişaf turnirində iştirak edəcək.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, millimizin çıxış edəcəyin turnirin təqvimi açıqlanıb.
Millimiz fevralın 21-də Cəbəllütariq, iki gün sonra Şotlandiya, ayın 26-da isə Malta yığmaları ilə qarşılaşacaq.

İdman 2020-02-17 15:40:00